Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
garegin-ii-kirill-allahshukur-pashazade

Allahşükür erməni katolikosunu niyə qınadı?

Share Button

“Erməni katolikosu imza atdığı bəyanata uyğun davranmır…”

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə erməni katolikosu II Qaregini Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanata uyğun davranmamaqda qınayıb.

“Din.az”ın əldə etdiyi məlumata görə, Şeyxülislam APA-ya müsahibəsində bildirib ki, münaqişə başlayan dövrdən bəri sülhün bərqərar olunması naminə müxtəlif vasitəçilərin səyləri əsasında müxtəlif illərdə erməni dini liderləri ilə bir masa ətrafında əyləşib və yenə bunu edə bilər. O qeyd edib ki, Rus Pravoslav Kilsəsi bu görüşlərin daha ardıcıl keçirilməsi və mövqelərin mümkün qədər uzlaşdırılmasına çalışıb: “Hər dəfə görüşlərin nəticələrinə dair birgə bəyanatlar imzalamışıq, lakin təəssüf ki, qarşı tərəf bu bəyanatların ruhuna uyğun davranış nümayiş etdirmir. Bununla belə, Rusiya patriarxının apreldəki təxribatdan sonra növbəti görüş təklifini müsbət dəyərləndirirəm. Erməni tərəfindən heç bir cavab yoxdur. Olacağı təqdirdə, bu məsələyə bir də qayıtmaq mümkündür”.

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top