Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Allahşükür Paşazadə Astanada “Dünya və ənənəvi dini liderlərin” VI qurultayında iştirak edəcək

“Dünya və ənənəvi dini liderlərin” VI qurultayı keçirilir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 9-da Qazaxıstanın paytaxtı Astana şəhərinə səfər edəcək.

Din.az bildirir ki, QMİ-dən Trend-ə verilən məlumata görə, səfərdə məqsəd Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin himayəsi ilə 10-11 oktyabr tarixlərində Astanada keçiriləcək “Dünya və ənənəvi dini liderlərin” VI qurultayında iştirak etməkdir.

15 illik tarixə malik qurultayda bir sıra ölkələrin dövlət başçıları, dünya və ənənəvi dinlərin liderləri, beynəlxalq təşkilatların rəhbərləri, görkəmli siyasət, elm və ictimaiyyət xadimlərinin iştirakı nəzərdə tutulur. Qurultayın bu dəfəki mövzusu “Dini liderlər təhlükəsiz dünya uğrunda”dır.

Qurultayda “Manifest” Sülh. XXI əsr: qlobal təhlükəsizliyin konsepsiyası”, “Geosiyasətdə dəyişən dinlər: bəşəriyyətin birləşməsi üçün yeni imkanlar”, “Din və qloballaşma: çağırışlar və cavablar”, “Dini liderlər və siyasətçilər: ekstremizmin və terrorizmin aradan qaldırılması” kimi tematik istiqamətlərdə plenar iclaslar keçiriləcək.

Əvvəlki qurultayların da iştirakçısı olmuş QMİ sədri, MDB Dinlərarası Şurasının həmsədri və MDB müsəlmanları Məşvərət Şurasının sədri Şeyxülislam Allahşükür Paşazadə Dünya və ənənəvi dini liderlərinin VI qurultayında məruzə ilə çıxış edəcək. Şeyxülislam A.Paşazadənin Astanada bir sıra görüşlər keçirəcəyi nəzərdə tutulur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...