Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Allahşükür Paşazadə: Azərbaycanda məzhəb ayrı-seçkiliyi yoxdur

“Bu gün biz burada iki məzhəb rəhbərləri və nümayəndələri birlikdə vəhdət namazı qılırıq, ibadət edirik”.

Bu gün Azərbaycanda heç bir məzhəb ayrı-seçkiliyi yoxdur.

Din.az xəbər verir ki, bunu bu gün Ramazan bayramı münasibətilə Təzəpir məscidində qılınan bayram namazından sonra jurnalistlərə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə deyib.

QMİ sədri əlavə edib: “Bu gün biz burada iki məzhəb rəhbərləri və nümayəndələri birlikdə vəhdət namazı qılırıq, ibadət edirik. Əlbəttə ki, bu, mükəmməl din-dövlət münasibətlərinin nəticəsində mümkün olur və bunun üçün biz dövlətimizə təşəkkürümüzü bildiririk. Eyni zamanda Azərbaycanın bütün bölgələrində, bütün məscidlərdə bu gün vəhdət namazı qılınb”.

Qeyd edək ki, bu gün Ramazan ayının başa çatması münasibətilə saat 09:00-dan etibarən (bəzi məscidlərdə 08:00) Azərbaycanda fəaliyyət göstərən bütün məscidlərdə bayram namazları qılınıb. Yüz minlərlə insan məscidlərdə namaz qılıb, dualar edib, Allahdan bağışlanmalarını diləyib.

Həmçinin Azərbaycanın ərazi bütövlüyünün bərpası, ölkəmizin ən ağrılı yarası olan Dağlıq Qarabağ probleminin tezliklə həlli, ordumuzun torpaqlarımızı düşmən işğalından azad etməsi üçün dua edilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...