Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Allahşükür Paşazadə: “Ermənistan dövləti, milləti, din xadimlərinin hamısı yalançıdır”

“Biz özümüz güclü, qüvvətli olaq ki, başqa dövlətlər də bizdən çəkinsinlər”.

“Hazırda Ermənistanın girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin qaytarılması ilə bağlı dəfələrlə məsələ qaldırmışıq, məsələ hələ də həll olunmur”.

Din.az “Report”a istinadən xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Ermənistan dövləti, milləti, din xadimlərinin hamısı yalançıdır, bizi aldadırlar. Biz özümüz güclü, qüvvətli olaq ki, başqa dövlətlər də bizdən çəkinsinlər”, – o bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...