Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Allahşükür Paşazadə Finlandiyaya gedir

Finlandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə görüş keçiriləcək.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə aprelin 26-da Finlandiyaya səfərə yola düşür.

“Din.az”bildirir ki, QMİ-nin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, səfərdə məqsəd 27 aprel tarixində Helsinki şəhərində keçiriləcək «Multikulturalizm, İslam həmrəyliyi və dinlərarası tolerantlıq: Azərbaycan təcrübəsi və onun Avropa üçün əhəmiyyəti” mövzusunda Konfransda iştirak etməkdir.

Azərbaycanın Finlandiyadakı səfirliyinin və Helsinki Universiteti nəzdində Aleksanteri İnstitutunun təşkilatçılığı ilə keçiriləcək konfransda Azərbaycan və Finlandiyada fəaliyyət göstərən dini icmaların rəhbərləri, dövlət və hökumət nümayəndələri, parlament təmsilçiləri iştirak edəcəklər.

Səfər çərçivəsində QMİ sədri Şeyxülislam A.Paşazadə Finlandiyanın Baş Nazirinin Beynəlxalq məsələlər üzrə müşaviri xanım Anna-Kaisa Heikkinen, Finlandiya Xarici İşlər Nazirinin müavini Samuli Virtanen, Finlandiya Parlamentinin dini məsələlər üzrə Administrasiya Komitəsinin sədri Juho Eerola və Finlandiyanın Təhsil və Mədəniyyət Nazirinin müavini xanım Zabrina Holmström ilə görüşəcək.

Şeyxülislam Allahşükür Paşazadənin səfər müddətində Finlandiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvləri ilə də görüşü nəzərdə tutulur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...