Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Allahşükür Paşazadə Gürcüstanın baş naziri ilə görüşüb

“Xristian və müsəlman dinlərinin üzərinə böyük vəzifələr düşür”.

Tiflisdə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin sədri, Hacı Allahşükür Paşazadə Gürcüstan baş naziri Georgi Kvirikaşvili ilə görüşüb.

“Din.az” bildirir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüş zamanı A. Paşazadə Gürcüstan Patriarxı II İliya ilə uzun illərdir tanış və dost olduğunu bildirib.

O, xristian və müsəlman dinlərinin üzərinə böyük vəzifələr düşdüyünü qeyd edib. A. Paşazadə xristian və müsəlman dinlərinin həmrəyliyi mövzusunda Gürcüstanda beynəlxalq konfransın keçirilməsini təklif edib.

Kvirikaşvili isə mövzunun aktuallığını önə çəkərək, konfransa dəstək olacaqlarını bildirib. Baş nazir Azərbaycan və Gürcüstanda olan din sahəsindəki problemlərin həllində A. Paşazadənin böyük rolunu vurğulayıb.

Görüş zamanı A. Paşazadə baş nazirə Qafqaz Müsəlmanları İdarəsinin Gürcüstan üzrə nümayəndəsi Hacı Əli Əliyevi təqdim edib. O, QMİ nümayəndəsinə Gürcüstanda yaradılan şəraitə görə təşəkkürünü bildirib.

Söhbət əsnasında həmçinin regionda mövcud münaqişələr müzakirə edilib.

Tədbirdə Azərbaycan səfiri Dursun Həsənov da iştirak edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...