Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Allahşükür Paşazadə: “Halal” sözünü hər yerdə yapışdırırlar – bu halallığı kim təsdiq edir?

A.Paşazadə: “Şəriətə uyğun hazırlanıbsa, halal adı verilsin.”

“Məhsulların üzərinə “halal” sözü dini mərkəzin etiketi altında yazılmalıdır”.

Din.az Trend-ə istinadən bildirir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə Ramazan ayının başlanması ilə bağlı tədbirdə deyib.

A.Paşazadə bildirib: “Telekanallarda kolbasanı tərif edirlər ki, halaldır. Əgər halaldırsa, etiraz etmirik. Biz komissiya yaratmışıq ki, gedib yerində yoxlasınlar, şəriətə uyğun hazırlanıbsa, halal adı verilsin. Ancaq hələ indiyə qədər belə müraciət olmayıb. “Halal” sözü dini mərkəzin etiketi altında yazılmalıdır, lakin bu sözü hər yerdə yapışdırırlar. Yapışdırsınlar, amma bu yoxlanılmalıdır. Bu halallığı kim təsdiq edir?”

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...