Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Allahşükür Paşazadə KAİCİİD Dialoq Mərkəzinin Direktorlar Şurasının 18-ci sessiyasında iştirak edib

Allahşükür Paşazadə 5 iyul tarixində Avstriyanın paytaxtı Vyana şəhərində olub.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə 5 iyul tarixində Avstriyanın paytaxtı Vyana şəhərində keçirilən KAİCİİD Dialoq Mərkəzinin Direktorlar Şurasının növbəti – 18-ci sessiyasında iştirak edib.

Din.az bildirir ki, Qafqaz Müsəlmanları İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, sessiyanın gündəliyində bir sıra önəmli məsələlər, o cümlədən mərkəzin idarəetmə sistemində mühüm dəyişikliklərlə bağlı müzakirələr aparılıb, Mərkəzin müxtəlif dünyanın regionlarında, müxtəlif istiqamətlərdə apardığı fəaliyyətlə bağlı hesabatlar təqdim olunub, illik fəaliyyət planı, habelə Mərkəzin beynəlxalq nüfuzunun artırılması istiqamətində atılacaq addımlara dair fikir mübadiləsi aparılıb.

İyulun 6-da, sessiya öz işini tamamladıqdan sonra QMİ sədri və onu müşaiyət edən heyət vətənə qayıdıb.

Qeyd edək ki, Şeyxülislam Allahşükür Paşazadə dünyanın dinlərarası və mədəniyyətlərarası dialoq üzrə yeganə hökumətlərarası beynəlxalq təşkilatı olan KAICIID-in 9 nəfərlik Direktorlar Şurasında yer alan yeganə müsəlman dini liderdir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...