Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Allahşükür Paşazadə qazı və səlahiyyətli nümayəndələrinə işlərini günün tələbləri səviyyəsində qurmağı tapşırıb

“Dindarlar dövlətçiliyimizin möhkəmlənməsinə, məzhəblərarası vəhdətə bundan sonra da töhfə verəcəklər”.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə qazı və səlahiyyətli nümayəndələrinə işlərini günün tələbləri səviyyəsində qurulması, hesabatlılığın, şəffaflığın təmin edilməsini tapşırıb.

Din.az “Report”a istinadən xəbər verir ki, bunu QMİ-nin Aparat rəhbəri Simran Həsənov Salyan, Neftçala, Şirvan və Hacıqabulda fəaliyyət göstərən imam və imam müavinləri, dini icmaların nümayəndələri ilə görüşündə deyib.

Onun sözlərinə görə, müşavirələrin məqsədi bölgələr üzrə səlahiyyətli nümayəndələrin hesabatlarını dinləmək, problemləri araşdırmaq, yerlərdəki din xadimlərinin arzu və təkliflərini dinləməkdir.

S.Həsənov Azərbaycanda din-dövlət münasibətlərinin inkişafı sahəsində atılan addımlar, QMİ-nin xarici ölkələrdə keçirdiyi beynəlxalq konfranslar, bu ilin noyabrında Bakıda keçirilməsi nəzərdə tutulan Dini Liderlərin II Sammiti, “Dini etiqad azadlığı haqqında” Qanuna edilən dəyişikliklər, dini icmaların və Quran kurslarının fəaliyyətini təmin etmək üçün tələb olunan sənədlər barədə məlumat verib. Qazı və səlahiyyətli nümayəndələrin işinin gününün tələbləri səviyyəsində qurulması, hesabatlılığın, şəffaflığın təmin edilməsi ilə bağlı QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadənin əmr və tövsiyələrini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Aparat rəhbəri Salyan bölgəsində yaşayan dindarların dövlətçiliyimizin möhkəmlənməsinə, din-dövlət münasibətlərinin inkişafına, məzhəblərarası vəhdətə bundan sonra da töhfə verəcəklərinə inandığını bildirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...