Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Allahşükür Paşazadə Rusiya azərbaycanlıları ilə görüşüb – VİDEO

Moskvada Azərbaycan məscidi ətrafında baş verən problemlərə toxunuldu.

Moskvada səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycanın Rusiyadakı səfirliyində azərbaycanlılarla görüşüb.

Din.az “Report”a istinadən bildirir ki, əvvəlcə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin səfirlikdə barelyefi önünə gül dəstələri qoyulub.

Azərbaycanlı icmaların nümayəndələri ilə baş tutan görüş zamanı səfir Polad Bülbüloğlu şeyxülislamı Azərbaycan səfirliyində salamlayaraq son zamanlar Moskvada Azərbaycan məscidi ətrafında baş verən problemlərə toxunub, problemin həlli yolları barədə müzakirə aparılacağını bildirib. Allahşükür Paşazadə isə məscid məsələsini hər zaman diqqət mərkəzində saxladığını bildirib: “Mən Moskvaya gəlməmişdən əvvəl Rusiya patriarxı Kirillə, Moskva meri Serqey Sobyaninə müraciət etmişəm. Bu gün patriarx Kirillə görüşdə azərbaycanlılara məscid inşa etmək üçün yer ayrılmasını da xahiş etdim. Düşünürəm ki, nə baş verirsə, bu, yaxşılığadır. Biz səfirlə bərabər sizə söz veririk ki, bu məsələnin həlli üçün əlimizdən gələni edəcəyik”, – şeyxülislam bildirib.

Görüş qarşılıqlı müzakirələr ilə davam edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...