Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Allahşükür Paşazadə Rusiya səfirliyində xatirə kitabına ürək sözlərini yazıb

QMİ sədri hadisəni kədər hissi ilə qarşıladığını bildirdi.

Martın 25-də Rusiyanın Kemerovo şəhərindəki ticarət-əyləncə mərkəzində baş vermiş yanğın nəticəsində çoxlu sayda insanın ölümü ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində xatirə kitabı açılıb.

Din.az APA-ya istinadən bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə xatirə kitabına ürək sözlərini yazıb.

Şeyxülislamı Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein və Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev müşayiət ediblər.

Hadisəni kədər hissi ilə qarşıladığını bildirən QMİ sədri Rusiya xalqına, yanğın zamanı həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verib.

Azərbaycandakı diplomatik korpusun nümayəndələri də səfirliyə gələrək başsağlığı veriblər. Səfirliyin qarşısına gül dəstələri düzülüb və şamlar yandırılıb. Sabah saat 10:00-dan 13:00-a və 15:00-dan 18:00-a qədər xatirə kitabına başsağlığı diləklərini qeyd etmək olacaq.
Matəmlə əlaqədar səfirliyin binasında Rusiyanın dövlət bayrağı yarıya qədər endirilib.

Qeyd edək ki, Kemerovo şəhərindəki ticarət-əyləncə mərkəzində baş vermiş yanğında 41-i uşaq olmaqla, 64 nəfər ölüb, xeyli insan müxtəlif dərəcəli xəsarətlər alıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...