Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına gedir

İslam Əməkdaşlıq Təşkilatının toplantısı keçiriləcək.

İyulun 9-da Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif bin Əhməd əl-Useyminin dəvəti ilə Səudiyyə Ərəbistanı Krallığına yola düşəcək.

Din.az xəbər verir ki, QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, səfərdə məqsəd İslam Əməkdaşlığı Təşkilatı tərəfindən təşkil olunmuş və Əfqanistanda sülh və istiqrar mövzusuna həsr olunmuş beynəlxalq müsəlman üləma konfransında iştirak etməkdir. Konfrans 10-11 iyul tarixlərində Səudiyyə Ərəbistanının Ciddə və Məkkə şəhərlərində keçiriləcək.

Müxtəlif müsəlman ölkələrindən ən nüfuzlu İslam alimlərinin yer aldığı konfransın gündəmində bir sıra önəmli məsələlər, o cümlədən, Əfqanistanda sülh və istiqrarın bərqərar edilməsi, habelə terrorizmə və zorakılıq ekstremizmə qarşı birgə mövqeyin nümayiş etdirilməsi durur.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...