"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Qaynar Xəbərlər

Allahşükür Paşazadə Suriya müftisinə məktub göndərib

Share Button

Suriya müftisi adından erməni saytlarının yaydığı yalan məlumat…

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Suriya müftisi Əhməd Həssunun adından Dağlıq Qarabağla bağlı yayılan bəyanata münasibət bildirib.

 

“Din.az”ın APA-ya istinadən verdiyi xəbərdə QMİ-nin mətbuat xidmətindən bildirilib ki, Suriya müftisi adından əsasən erməni saytlarının yaydığı məlumatın mənbəyi məlum deyil: “Təxribat səciyyəli olması istisna edilməyən, səhihliyi şübhə doğuran informasiyanı dəqiqləşdirmək məqsədilə şeyxülislam adından müftinin ünvanına yazılı müraciət göndərilib”.

allahsukurr

Qeyd edək ki, Suriyanın baş müftisi şeyx Bədrəddin Hassunun Rusiya KİV-ində müsahibəsi yayılıb. O, Suriyada və dünyada baş verən proseslər barədə danışarkən Dağlıq Qarabağ mövzusuna da toxunub və bildirib ki, dünyada ərazi mübahisələrinə son qoymağın vaxtı çatıb. Şeyx buna nümunə olaraq Dağlıq Qarabağı göstərib: “Dağlıq Qarabağda problemin başlıca motivasiyası xalqın azadlığı üçün iradəsi, regionun tarixi və müharibədə qazanılan qələbədir. Burada hansı mübahisədən söhbət gedə bilər? Şəxsən mən Qarabağ ermənilərinin müstəqillik və azadlıqları uğrunda mübarizələrini dəstəkləyirəm. Xüsusilə vurğulamaq istərdim ki, Qarabağ münaqişəsinin əsas səbəbi din deyil, xalqın iradə ifadəsidir. Bununla hesablaşmamaq olmaz”.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir