Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Bütün xəbərlər »
Qaynar Xəbərlər
image

Allahşükür Paşazadənin rəsmi nümayəndəsinin məhkəməsi başladı – “Dövlətə xəyanət”

Share Button

E.Mustafayev Qafqaz Müsəlmanları İdarəsinin rəsmi nümayəndəsi olub.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dövlətə xəyanətdə təqsirləndirilən Elşən Mustafayevin (Elşən Mustafa oğlu) cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Din.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub. İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib.

Məhkəmə prosesi iyulun 19-da davam etdiriləcək.

Qeyd edək ki, E.Mustafayev Qafqaz Müsəlmanları İdarəsinin rəsmi nümayəndəsi olub. 2014-cü ildə saxlanılıb və Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib.

Murad Əhməd

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top