Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

“Allahu Əkbər” nidaları ilə türk əsgərindən AĞIR QİSAS – VİDEO

Şəhidlərin intiqamını alan türk əsgərləri terrorçulara ağır zərbə vurublar.

Suriyanın Afrin bölgəsində Türkiyə ordusunun 8 əsgərinin şəhid olduğu 1083 saylı təpəni ələ keçirən Jandarma Xüsusi Hərəkat birliklərinin hücumunun və qırıcıların bombardmanının görüntüləri yayılıb.

Din.az Publika.az-a istinadən xəbər verir ki, “Allahu Əkbər” nidaları altında hücuma keçən türk əsgərləri şəhidlərin intiqamını alaraq terrorçulara ağır zərbə vurublar.

Xatırladaq ki, Afrinin Şeyx Mehmedli, Bilalko və Əl-Maski kəndlərinin yerləşdiyi 1083 rəqəmli təpədə tunellərə gizlənmiş 200-dən çox PYD/YPG/PKK terrorçusu Türkiyə əsgərləri və Azad Suriya Ordusunun əsgərlərinə hücum edib. Qarşıdurmada 8 türk əsgəri şəhid olub, 13 nəfəri isə yaralanıb.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...