Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Almaniya Bundestaqı çadraya qismən qadağanı dəstəkləyib

Almaniyada İslama qarşı növbəti təzyiq…

Bundestaq Almaniyada qadınların ictimai yerlərdə üzünü tamamilə örtən geyimdə gəzməsini qismən qadağa qoyan qanun layihəsini dəstəkləyib.

“Din.az”ın APA-ya istinadən verdiyi xəbərə görə, qadağa dövlət qulluqçuları, hakim və hərbçiləri əhatə edib.


“İnteqrasiya həmçinin o deməkdir ki, biz dəyərlərimizi dəqiq ifadə etməliyik və yaymalıyıq… Razılaşdırdığımız qanun layihəsi bu işə mühüm töhfə verəcək”, – deyə Almaniyanın DİN rəhbəri Tomas de Mezyera bildirib.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkel bundan qadınların ictimai yerlərdə üzünü tamamilə örtən geyimdə gəzməsinə qadağa qoymağı təklif edib.

Angela Merkel müvafiq çağırışı ilk dəfə olaraq ötən ilin dekabrında 9-cu dəfə sədri seçildiyi Xristian-Demokratik İttifaqının qurultayında çıxışı zamanı səsləndirib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...