Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Almaniya Fələstin-İsrail münaqişəsinin həllini iki dövlət yaratmaqda görür

“İki dövlətin yaradılması “yeganə çıxış yolu”dur.”

Fələstinlə İsrail arasındakı münaqişənin nizamlanmasının yeganə yolu iki müstəqil dövlət yaratmaqdır.

Din.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Almaniyanın xarici işlər naziri Hayko Maas deyib. Bununla o, danışıqlar yolu ilə iki dövlətin yaradılmasına dair razılıq əldə olunmasını “yeganə çıxış yolu” adlandırıb.

Maas öz açıqlamasını İordaniyanın XİN rəhbəri Ayman əs-Safadi ilə paytaxt Əmmanda keçirilən birgə mətbuat konfransında edib.

Qeyd edək ki, iyunun 7-də H.Maas üç Yaxın Şərq ölkəsinə səfər edib. Onun İordaniya, BƏƏ və İrana gedəcəyi açıqlanıb. Səfər çərçivəsində o, Bağdadda da olub. Ancaq təhlükəsizlik məsələləri ilə əlaqədar onun səfərinin bu hissəsi barədə əvvəlcədən rəsmi anons verilməyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...