Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Almaniya FETÖ üzvlərinə sığıncaq verir

FETÖ üzvü olan 4 türkiyəli hərbiçiyə sığıncaq verilir.

Almaniya Türkiyədə hərbi çevrilişə cəhd etməkdə ittiham olunan FETÖ üzvü 4 türkiyəli hərbiçiyə sığıncaq verməyi qərara alıb.

Din.az bildirir ki, bu barədə məlumatı “Şpiqel” jurnalı yayıb. Polkovnik, polkovnik-leytenant və iki əsgərə müvəqqəti olaraq qoruma statusu verildiyi və bu şəxslərin Türkiyəyə qaytarılmasının mümkün olmadığı da xəbərdə qeyd olunub.

Qeyd edək ki, FETÖ terror təşkilatı 2016-cı ilin 15 iyulunda Türkiyədə hərbi çevrilişə cəhd etmişdi. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...