Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

ALMANİYA FƏTULLAH GÜLƏN TƏRƏFDARLARININ HESABLARINI DONDURMAQDAN İMTİNA EDİB

Almaniyanın hakimiyyət orqanları Türkiyənin sorğusunu rədd etdi.

Almaniya hökuməti Türkiyənin FETÖ rəhbəri Fətullah Gülənin bu ölkədəki tərəfdarlarının hesablarını dondurmaq tələbini yerinə yetirməkdən imtina edib.
Din.az bildirir ki, bu barədə “Spiegel” mənbəyə istinadən xəbər verib.
Nəşrin məlumatına görə, Ankara tərəfindən müvafiq tələb Almaniyanın Xarici İşlər Nazirliyinə bu ilin yazında göndərilib. Sənəddə Türkiyəni tərk edən və Gülənlə əlaqəsi olan 80 nəfərin adı qeyd edilib.
Almaniyanın hakimiyyət orqanları iyunun sonunda Türkiyənin sorğusunu rədd edib. Almaniyanın Xarici İşlər Nazirliyi Daxili İşlər və Ədliyyə Nazirlikləri ilə məsləhətləşmədən sonra Ankaraya cavab verib. Sənəddə bildirilib ki, onların əlində bu addımı atmaq üçün “hüquqi əsas” yoxdur.
Xatırladaq ki, Fətullah Gülən 2016-cı ilin 16 iyulunda tərəfdarları ilə Türkiyədə hərbi çevriliş yolu ilə hakimiyyəti ələ keçirməyə cəhd edib. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...