Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Almaniya məktəblərində hicabı qadağan edirlər

Avropa ölkəsi hicabla bağlı qanun qəbul etməyə hazırlaşır.

Mayda Avstriyada 14 yaşı tamam olmayan qızlara məktəbə hicabla getmək qanunla qadağan edilmişdi. Bu qadağa Almaniyada da tətbiq olunacaq.

Din.az xəbər verir ki, Avropa ölkəsi hicabla bağlı qanun qəbul etməyə hazırlaşır. Bu haqda “Legat” İnteqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev məlumat verib. Onun bildirdiyinə görə, konstitusiya hüququ üzrə ixtisaslaşan siyasətçi Martin Nettesheym bununla bağlı xüsusi hesabat hazırlayıb. Siyasətçi hesabatında konstitusiyanın tələblərinə zidd addım atılmadığını əsaslandırmağa çalışıb.

“Bild” qəzeti hicabla bağlı başını örtən qadınlar arasında sorğu keçirib. Rəyi soruşulanların az qala hamısı başını örtməyin öz arzusu olduğunu bildirib. Qadağa ilə bağlı tənqidi fikirlər səslənib. / Modern.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...