Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

ALMANİYA MƏKTƏBLƏRİNDƏ NAMAZ QILMAQ QADAĞAN OLUNDU – FOTO

Avropada İslama qarşı təzyiqlər davam edir.

Almaniyada olan “Wuppertal Johannes Rau” liseyinin direktoru müsəlman şagirdlərin namaz qılmasını qadağan edib.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, məktəb direktoru namaz qılan tələbələrin sinif yoldaşlarını qıcıqlandırdıqları üçün bu qərarı verdiyini açıqlayıb. Hətta qadağanın yazılı olaraq şagirdlərə bildirildiyini də qeyd edib.

Qadağanın yazıldığı vərəqədə qaydalara əməl etmək istəməyən tələbələrin adlarının təsbit edilərək məktəb idarəsinə bildirilməsi istənilib.

Təhsil nazirliyinin bölgələrdəki məktəblərdən məsul olan idarənin mətbuat xidmətinin rəhbəri Dagmar Gro mövzu ilə bağlı verdiyi yazılı açıqlamada “ məktəbdəki sülhə zərər verə biləcək hərəkətlər” qarşısında məktəb idarəçiliyinin bəzi qadağaları tətbiq edəcəyini, “Wuppertal Johannes Rau” liseyində sülhü təmin edə bilmək üçün digər tələbələrin də bu qaydalara riayət etməsi bildirilib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...