Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Almaniya Səudiyyə Ərəbistanına silah ixracını dayandırdı

Müharibə aparan ölkələrə silah satışını dayandırılır.

Almaniya hökuməti başda Səudiyyə Ərəbistanı olmaqla Yəməndə müharibə aparan ölkələrə silah satışını dayandırıb.

Din.az xəbər verir ki, S.Ərəbistanı Almaniya silahlarının ən böyük müştərisi olub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı rejimi indiyədək Almaniyadan yüz milyon dollardan artıq silah alıb.

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya 3 ilə yaxındır ki, Yəmənin sabiq prezidenti Mənsur Hadini təkrar iqtidara gətirmək məqsədilə ölkəyə təcavüz edir. Hücumlar nəticəsində indiyədək 10 mindən çox yəmənli həyatını itirib, minlərlə insan yaralanıb. / Qafqazinfo.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...