Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Almaniya yeni islam yaratmaq istəyir

Ehtiyacımız olan tək şey alman müsəlmanları üçün Almaniyaya aid bir islamdır.

Din.az xəbər verir ki, bunu “Faynənşl Tayms”a müsahibəsində Almaniya Daxili İşlər Nazirliyinin nümayəndəsi Markus Kerber deyib.

O, alman islamının yaradılmasının önəmindən danışıb:

“Burada əsas məqsəd Almaniyadakı müsəlman cəmiyyəti üzərindəki xarici təsirləri həm maddi, həm də şəxsi ölçüdə azaltmaq və ölkəmizdəki imamların Almaniyada yetişməsini, müsəlman toplumun alman cəmiyyətinə daha yaxşı inteqrasiya olunmasını təmin etməkdir”.

Kerber Türkiyə hökumətinin Almaniyadakı müsəlmanlar üzərindəki təsirinin zəiflədiyini bildirib:

“Türkiyə hökuməti Almaniyada DİTİB tərəfindən idarə olunan məscidlərə nəzarət etdiyi günlərin geridə qaldığını artıq qəbul etməlidir”.

Qeyd edək ki, Almaniyadakı 2400 məsciddən 900-nün Türkiyənin Dəyanət İşləri Nazirliyinin bir qolu olan DİTİB tərəfindən idarə olunması Almaniya hökumətini narahat edir. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...