Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Almaniyada hakimlər iclas zallarında hicaba qadağa tələb ediblər

Söhbət yalnız hicabda deyil, eləcə də digər dini geyimlərdədir

Alman hakimlərinin iki nüfuzlu təşkilatı məhkəmə iclaslarında hicabların qadağan edilməsini tələb edib. 

“Din.az”ın məlumatına görə, “oxu.az” xəbər verir ki, bu barədə “The İndependent” məlumat yayıb.

Nəşrin məlumatına görə, bu məsələyə dair ictimai müzakirə Auqsburq şəhərində müsəlman vəkilinə iclasa hicabda gəlmək qadağan edildikdən sonra başlayıb. Akila Sandu bu qərarı dini azadlığa zidd olduğunu bildirərək şikayət etmişdi, məhkəmə onun mövqeyini dəstəkləyib.

“Hakimlərin neytral geyimi işin bütün tərəflərinə şamil edilməlidir. Belə ki, bu məhkəmənin işə  qanuna müvafiq olaraq obyektiv və qərəzsiz baxacağını göstərir”, – Almaniya Hakimlər Assosiasiyasının hakimi Sven Reben bildirib.

O vurğulayıb ki, söhbət yalnız hicabda deyil, eləcə də digər dini geyimlərdədir. Qadağa həm hakimlərə, həm də tərəfləri təmsil edənlərə şamil edilməlidir.

Bundestaqın hüquqi məsələlər üzrə komissiya sədri Renata Kyüneste qeyd edib ki, hicabın qadağan edilməsi vicdan azadlığına ciddi təhdiddir.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...