Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Almaniyada hicaba qadağa qoyula bilər

Almaniyada yeni məscidlərin açılmasına və qadınların hicab gəzdirməsinə qadağanın qoyulması təklif edilir.

Ştutqartda “Almaniya üçün alternativ” adlı sağ təmayüllü partiyanın qurultayı keçirilib və forumun nəticələrinə görə, manifest qəbul edilib.

Din.az virtualaz-a istinadən xəbər verir ki, sözügedən manifestdə ölkədə tüğyan edən miqrant böhranına qarşı tədbirlər müəyyən edilib. Ələlxüsus, Almaniyada yeni məscidlərin açılmasına və qadınların hicab gəzdirməsinə qadağanın qoyulması təklif edilir. Sənədi qurultayın 2400 iştirakçısı imzalayıb.

Qeyd edək ki, Almaniya kansleri Angela Merkelin miqrasiya siyasətini dəstəkləyənlər bu qurultayın keçirilməsinə mane olmaq istəyiblər. Bu bir sıra toqquşmaların yaşanmasına səbəb olub.

Xatırladaq ki. ötən il ərzində Almaniyaya 1 milyona yaxın miqrant gəlib.

Din.az mövzu ilə əlaqəli videonu təqdim edir:

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...