Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Almaniyada iki məscid YANDIRILDI – FOTOLAR

Almaniyada ən azı iki məscidə hücum faktı qeydə alınıb.

Berlinin şimalında yerləşən Raynikkendorf rayonunda naməlum şəxslər məscid binasını yandırıblar.

Din.az xəbər verir ki, məscidin əsas binası tamamilə yanıb.

Yerli polis hücumu siyasi mötivlərlə əlaqələndirilə biləcəyini bildirib.

Həmçinin xəbər verilir ki, ölkənin qərbində yerləşən Meşede şəhərində Türk-Alman Dostluq Birliyinin binasına da hücum olub, ona yandırıcı qatışıqlı butulka atılıb.

Bundan əlavə, ən azı daha 2 məscidə hücum faktı qeydə alınıb. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...