Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Almaniyada keşiş kilsədən 120 min avro oğurlayıb

Keşiş kilsənin xəzinəsindən pul oğurladığını etiraf etdi.

Almaniyada keşiş kilsənin xəzinəsindən 120 min avro oğurlayıb.

Din.az “Report”a istinadən xəbər verir ki, məlumatı Maqdeburq Yeparxiyası yayıb.

Hadisə ölkənin Saksoniya-Anhalt torpağındakı Ballenstadr şəhərində baş verib.

Bernard Qaulitta adlı vəzifəli keşiş yerli Polis İdarəsinə gedərək, kilsənin xəzinəsindən 120 min avro oğurladığını etiraf edib. Keşiş internet fırıldaqçılarının tələsinə düşdüyü üçün bu günahı işlətməyə məcbur olduğunu bildirib.

B.Qaulitta barəsində həm hüquq-mühafizə orqanlarında, həm də kilsədə araşdırma aparılır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...