Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Almaniyada məscidə hücum: “Rədd olun, müsəlmanlar!”

“Əyyub Sultan” məscidi naməlum şəxslər tərəfindən təhqir edilib.

Almaniyada islamofob hücumlar davam edir.
Din.az-ın verdiyi xəbərə əsasən, Almaniyanın Kamen şəhərindəki “Əyyub Sultan” məscidi naməlum şəxslər tərəfindən təhqir edilib.

Canilər ibadətgahın divarlarında müxtəlif yazılar, o cümlədən də “Rədd olun” yazıblar.

Məscidin nəzdindəki dini icmanın başçısı Mustafa Kese bildirib ki, yazılar 11 İyun tarixində səhər saatlarında peyda olub.

“Polis araşdırma aparır. Ümid edirik ki, cinayətkarlar yaxın zamanda tutulacaq”, – deyə o qeyd edib.

Bu, artıq, Almaniyada son 2 gündə törədilmiş 3-cü oxşar hadisədir.

Daha öncə isə, naməlum şəxslər Kassel şəhərini mərkəzi məscidinə daşlar atıblar, həmçinin Bremendəki məscidlərdən birində Qurani-Kərimin bir neçə nüsxəsini cırıblar.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...