"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Almaniyada miqrantlar sığınacaq üçün dinini dəyişdirir – VİDEO

Share Button

Almaniyada sığınacaq axtaran 1 milyondan çox miqrant qeydiyyat üçün müraciət edib.

Almaniyada qalmaq istəyən suriyalı miqrantların çoxu qəbul olunmaları üçün kilsələrə gedərək dinlərini xristian olaraq dəyişdirirlər.

Avropada sığınacaq istəyən miqrantlar ölkələrinə geri göndərilməmələri üçün hər cürə çarəyə əl atmağa başlayıb. Bura dinlərini dəyişdirmək də daxildir…

“Din.az” Almaniyanın “Focus” jurnalına istinadən verdiyi xəbərə görə, alman kilsələri artan müraciətlərdən narahat olub. Almaniya Evangelik kilsəsi müraciətlərin böyük hissəsinin “şəxsiyyət vəsiqələrinin din yazılan xanasında “xristian” yazılmasının yer alması” məqsədi ilə irəli sürüldüyü bildirilib. Verilən açıqlamada, “dinlərin kağız üzərində dəyişdirilməsi istənilir” deyə qeyd edilib.

Aşağı Saksoniya Katolik Kilsəsi isə müraciətlərin məmnuniyyətlə qarşılandığını və hətta din dəyişdirmə mərasimləri haqqında düzgün məlumatların verilməsi üçün ərəb və fars dillərində broşuralar hazırlandığını da bildirib. Miqrantların kilsə camaatlarından faydalanmaq və sığınacaq üçün müraciət edərkən Xristian dinini istinad göstərmə üstünlüyündən istifadə etmək məqsədi ilə kilsələrə axın etdiyi bildirilir.

Almaniyada sığınacaq axtaran 1 milyondan çox miqrant qeydiyyat üçün müraciət edib. Almaniya müraciətlərin sayını azaltmaq üçün bir sıra tədbirlər aldı. Aralarında Tunis, Əlcəzair və Mərakeş kimi ölkələrin “etibarlı ölkə” elan edilməsi bu tədbirlərdən biri idi. Beynəlxalq müqavilələrə görə “etibarlı ölkə” vətəndaşlarının müraciətləri rədd edil və ya deportasiya edilə bilinirdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir