Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Almaniyada müsəlman qadın irqi zəmində küçədə döyüldü – FOTO

Qadın baş örtüyündə olduğuna görə hücuma məruz qaldı.

Almaniyanın Qelzenkirxen şəhərində 43 yaşlı türk Ayşə Binək qatı millətçi tərəfindən döyülüb.

Din.az bildirir ki, insident şəhər bələdiyyəsinn yaxınlığında baş verib.

Zərərçəkən verdiyi açıqlamada baş örtüyündə olduğuna görə hücuma məruz qaldığını bildirib. Qadın avtomobili duracağa qoyan zaman, velosipeddə olan həmin şəxs onun qarşısını kəsib, və onu avtomobildən düşürərək döyməyə başlayıb.

Azğınlaşmış millətçinin əlindən qadını həmyerlisi xilas edib. Qadına əsassız şəkildə fiziki xəsarətlər yetirmiş kişi saxlanılaraq, polisə təhvil verilib. /  Oxu.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...