Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Almaniyada müsəlmanlara qarşı cinayətlərin statistikası açıqlandı

Məscidlərə donuz qanı axıdılır, hədələyici məktublar göndərilir …

Almaniyanın daxili işlər naziri Horst Şehofer ötən il ölkədə islamofobiya zəminində 1075 cinayət hadisəsinin törədildiyini açıqlayıb.

Din.az xəbər verir ki, sözügedən cinayətlərə məscidlərə donuz qanının axıdılması, hədələyici məktubların göndərilməsi, hicablı qadınlara hücum, evlər və ya məscidlərin divarlarına nasist simvollarının şəklinin çəkilməsi və internetdə nifrət məzmunlu ismarışların paylaşılması kimi cinayət əməlləri daxildir.

Bu arada, Almaniyada 2016-cı illə müqayisədə keçən ilə aid cinayət rəqəmlərində 9,6% azalma müşahidə olunub. 2016-cı ildə bu rəqəm 6,37 milyon, 2017-ci ildə isə 5,76 milyon olub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...