Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Almaniyada müsəlmanlara qarşı “donuz aksiyaları”

Almaniyada kansler Angela Merkelin ofisinin qapısına üzərinə “təhqiramiz” mesaj yapışdırılmış donuz başı qoyulub. “Din.az” BBC-yə istinadən xəbər verir ki, polis kağızda yazılanların “təhqiramiz” olduğunu təsdiqləsə də, təhqirin dəqiq məzmununu açmaqdan imtina edib. “The Express” yazır ki, Almaniyada ictimai rəy “Merkel ananın” miqrantlara qarşı açıq qapı siyasəti dəyişəndən bəri ölkədə “donuz etirazları” geniş vüsət alıb. Məqalədə […]

Almaniyada kansler Angela Merkelin ofisinin qapısına üzərinə “təhqiramiz” mesaj yapışdırılmış donuz başı qoyulub.

“Din.az” BBC-yə istinadən xəbər verir ki, polis kağızda yazılanların “təhqiramiz” olduğunu təsdiqləsə də, təhqirin dəqiq məzmununu açmaqdan imtina edib.

“The Express” yazır ki, Almaniyada ictimai rəy “Merkel ananın” miqrantlara qarşı açıq qapı siyasəti dəyişəndən bəri ölkədə “donuz etirazları” geniş vüsət alıb.

1028998648

Məqalədə xatırladılır ki, təkcə ötən il ərzində ölkəyə bir milyona yaxın iqtisadi miqrant gəlib.

Son rəy sorğuları göstərir ki, almanların üçdə ikisi 2017-ci il seçkisində Merkelin hakimiyyətdən getməsini istəyir.

Qəzet yazır ki, İslamda murdar heyvan sayılan donuz Almaniyada mühacirət siyasətinə qarşı etirazların rəmzinə çevrilib.

Bu ayın əvvəllərində müsəlman miqrantların toplaşdığı kafenin qarşısına iki donuz başı atılıb.

Mart ayında isə polis Gelsenkirchen şəhərindəki məscidin qapısında donuz sür-sümüyü tapmışdı.

Ötən fevral ayında Şərqi Almaniyadakı Leypsiqdə məscid tikintisi üçün nəzərdə tutulmuş yerə bütöv donuz cəmdəyi tullanmışdı.

Cəmdəyin üstünə yapışdırlan namə də kanslerə ünvanlanmışdı: “Mutti Merkel” (Merkel ana).

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...