Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

ALMANİYADA MÜSƏLMANLARA QARŞI İYRƏNC ADDIM – FOTO

Məscidə atılan donuz qulağı və ayağı müsəlmanları şoka saldı.

Almaniyanın Bremen əyalətinə bağlı Bremerhaven şəhərində məscidə donuz qulağı və ayağı atılıb.

“Din.az” xəbər verir ki, ötən gün gecə saatlarında Yeni Fateh Məscidinə atılan donuz qulağı və ayağı müsəlmanları şoka salıb.

Minarəsi və günbəzi olan, bu səbəbdən Bremerhaven şəhərində diqqət çəkən məscidə kimlərin və nə üçün belə bir hücum təşkil etdiyi araşdırılır.

Sosial media vasitəsilə məsələyə münasibət bildirən məscid rəhbərliyi hücumu şiddətli şəkildə qınadıqlarını, polisdən dərhal həmin şəxslərin tutulmasını istədiklərini bildirib.

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...