Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Almaniyada müsəlmanlara qarşı təzyiqlər artır

Avropada müsəlmanlara qarşı ayrı-seçkilik xeyli artıb…

Almaniya müsəlmanları Mərkəzi Şurasının rəhbəri Ayman Mazyek, son dövrlərdə müsəlmanlara qarşı ayrı-seçkilik hallarının artdığını bildirib.aiman-mazyek-104-_v-img__16__9__xl_-d31c35f8186ebeb80b0cd843a7c267a0e0c81647-768x431

“Din.az” xəbər verir ki, “Die Welt” qəzetinə müsahibə verən Mazyek, “Müsəlmanlara qarşı ayrı-seçkili hallarının artdığını hiss edirsiniz?” sualına belə cavab verdi: “Bəli, bu sadəcə bir hiss deyil, rəqəmlər ortadadır. 2014-cü illə 2015-ci ili müqayisə etdikdə, məscidlərə qarşı hücumların dəfələrlə artdığını görəcəksiniz. Bundan başqa, küçələrdə müsəlmanlara qarşı zorakılıq, sözlə sataşmalar, eləcə də internet vasitəsilə ifadə edilən söyüşlərin sayı da xeyli artıb”.

Müsəlmanların özlərini təhlükəsiz hiss etmədiklərini də qeyd edən Mayzek, burka mübahisələrinin AFD-nin işinə yaradığını vurğulayıb.

Almaniya Müsəlmanları Mərkəzi Şurası olaraq məktəb və universitetlərdə qadınların üzlərin görülməsinin tərəfdarı olduqlarını bildirən Mayzek, AFD-nin yüksəlişinin yalnız Merkelin miqrant siyasətilə əlaqələndirilməsinin səhv olduğunu da qeyd edib.

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...