Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Almaniyada müsəlmanların qanına susamış şəxs saxlanılıb

Yeni il gecəsi bir neçə müsəlman avtomobilin altında qaldı.

O, “Bir neçə insanın ölümünə səbəb olma” maddəsi ilə ittiham olunur.

Almaniyanın qərbində yeni il gecəsi insanların üzərinə avtomobil sürərək, onları öldürən şəxs saxlanılıb.

Din.az xəbər verir ki, bu barədə Almaniya Baş Prokurorluğunun məlumatında qeyd edilib.

O, “Bir neçə insanın ölümünə səbəb olma” maddəsi ilə ittiham olunur. Məlumata görə, kişi məqsədli şəkildə piyadaların üzərinə avtomobil sürərək, bir neçə müsəlman əcnəbinin ölümünə səbəb olub.

Adam Almaniyanın Bottrop və Essen şəhərlərində 4 dəfə analoji hadisəni törədib. Son məlumata görə, onun bu əməlindən, biri uşaq olmaqla 8 nəfər də xəsarət alıb.

Qeyd edilir ki, cinayətkar əvvəlcə, guya təsadüfən piyadaların üzərinə avtomobil sürüb. Sonra isə əsas hədəfi Suriya və Əfqanıstan vətəndaşları olub. / Sputnik.az

 

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...