"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Almaniyada partiya rəhbəri müsəlmanlarla görüşdən qaçdı

Share Button

Almaniya Müsəlmanları Mərkəzinin şurasının sədri (ZMD) Ayman Mazyek ilə qurumun baş katibi Nurhan Soylu islamafob ifrat sağçı Almaniya üçün Alternativ (Afd) partiyasının rəhbərliyi ilə Berlindəki Regent otelində görüşüblər. “Din.az” “dunyabulteni”nə istinadən xəbər verir ki, görüş başlayandan təxminən bir saat sonra AfD sədri Frauk Petrinin başçılıq etdiyi 3 nəfərlik nümayəndə heyəti iclası tərk edərək oteldən çıxıblar. Jurnalistlərə […]

Almaniya Müsəlmanları Mərkəzinin şurasının sədri (ZMD) Ayman Mazyek ilə qurumun baş katibi Nurhan Soylu islamafob ifrat sağçı Almaniya üçün Alternativ (Afd) partiyasının rəhbərliyi ilə Berlindəki Regent otelində görüşüblər.

“Din.az” “dunyabulteni”nə istinadən xəbər verir ki, görüş başlayandan təxminən bir saat sonra AfD sədri Frauk Petrinin başçılıq etdiyi 3 nəfərlik nümayəndə heyəti iclası tərk edərək oteldən çıxıblar.

Jurnalistlərə açıqlama verən Mazyek AfD rəhbərliyinə İslama qarşı mövqeyini dəyişdirməyə dəvət etdiklərini bildirib: “Aydın dillə partiyanın proqramındakı konstitusiyaya zidd fikirlərin çıxarılmasını istədik. Cavab gəlmədi”. O, AfD nümayəndə heyətinin görüş zamanı öz aralarında məşvərət etdikdən sonra iclasda görüşü yarımçıq tərk etdiklərini bildirib.

AfD-nin “İslam Almaniyaya aid deyil” ifadəsi müzakirə mövzusu deyil. Bizim üçün qırmızı xətt Alman Konstitusiyasıdır”, – deyə Mazyek bildirib.

O, AfD-nin İslama qarşı bəndləri partiya proqramından çıxarmaqdan imtina etdiyini deyib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir