Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Almaniyada türklərlə kürdlər arasında QARŞIDURMA

Hannoverdə 180 nəfərin iştirak etdiyi dava baş verib.

Almaniyada türklərlə kürdlər arasında kütləvi dava baş verib.

Din.az bildirir ki, 180 nəfərin iştirak etdiyi dava Hannover şəhərinin hava limanında qeydə alınıb.

İlkin məlumata görə, qarşıdurmaya səbəb kürdlərin hava limanının B terminalında Türkiyənin Suriyada keçirdiyi hərbi əməliyyata qarşı keçirdiyi etiraz aksiyası olub.

Hava limanının əməkdaşları dava iştirakçılarını ayıra bilib.

Məlumatda bildirilir ki, 20 nəfərə qarşı göz yaşardıcı qazdan istifadə olunub. Vəziyyət nəzarət altındadır. / Report.az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...