Uca Allah Buyurur:

Onlara: «Allahın endirdiyinə tabe olun» deyilsə, «Xeyr! Biz atalarımızı hansı yolda görmüşüksə, ona tabe olacağıq!» deyirlər. Bəs ataları ağıllarını bir şeyə işlətməmiş və düz yola da daxil olmamışdılarsa, yenə tabe olacaqlar?

Bəqərə surəsi, 170

Almaniyanın mərkəzində islamofobiya qorxusu – FOTO

Ərəb dilində yazdığı mesajla diqqət çəkdi…

Qərbdə İslamofobiya qorxusu ərəb dilində danışana və üzərində ərəb dilində yazılan hər şeyə qarşı qorxu ilə yanaşılır.

“Din.az” xəbər verir ki, İslamofobiyaya diqqət çəkmək istəyən bir gənc üzərində ərəb dilində mənalı mesaj yazılan çantasını özü ilə daşıyaraq Avropanın mövqeyinə etiraz edib.

Qərbdə hər ötən gün artan İslamofobiyaya qarşı Avropa ölkələrində yaşayan müsəlmanlar, islam qorxusunun mənasız olduğunu fərqli mesajlar verərək izah etməyə çalışır.

Üzərində ərəb dilində yazılan çanta diqqət çəkdi…

Almaniyanın paytaxtı Berlində bir metroda çəkilən görüntü İslamofobiyaya və ərəb dilinə qarşı duyulan qorxu ilə bağlı mənalı bir mesaj verib. Ərəb olduğu təxmin edilən bir gənc, üzərində ərəb dilində yazıların olduğu çanta daşıyıb.

Çantada yazılan yazılar isə həm düşündürücü, həm də son dövrlər qərbin yersiz və mənasız qorxusuna istiqamətlənən tragik bir məna daşıyır. Yazıda bu ifadələr yer alır:

“Bu mətnin yeganə bir məqsədi var. O da ərəb dilindən ürkənləri qorxutmaqdan başqa bir şey deyil…”

almanya_nin_gobeginde_manidar_mesaj_h37970

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...