Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

“Amazon” məhsulları ilə İslamı təhqir etdi

Bütün dünyada məşhur olan “Amazon” onlayn alış-veriş saytında satışa çıxarılan ayaqaltı İslam dünyasının etirazına səbəb olub. “Din.az” xəbər verir ki, rəngli ayaqaltının üzərində Allah sözünün olması başda müsəlmanlar olmaqla bir çoxları tərəfindən etirazla qarşılanıb. Dünyanın ən böyük alış-veriş saytlarından biri olan “Amazon”un satış bölməsində “İslamın rəmzi olan ayaqaltı, hamam və mətbəx ayaqaltısı, itlər üçün xalça, sürüşməyən […]

Bütün dünyada məşhur olan “Amazon” onlayn alış-veriş saytında satışa çıxarılan ayaqaltı İslam dünyasının etirazına səbəb olub.

“Din.az” xəbər verir ki, rəngli ayaqaltının üzərində Allah sözünün olması başda müsəlmanlar olmaqla bir çoxları tərəfindən etirazla qarşılanıb.

Dünyanın ən böyük alış-veriş saytlarından biri olan “Amazon”un satış bölməsində “İslamın rəmzi olan ayaqaltı, hamam və mətbəx ayaqaltısı, itlər üçün xalça, sürüşməyən ayaqaltılar, ev heyvanları üçün çox uyğun xalçalar” sözləri yazılıb.

İyun ayından etibarən satışı davam edən və şikayətlərə baxmayaraq, saytdan çıxarılmayan məhsul haqqında İngiltərənin Birmingem şəhərindəki müsəlman parlamentinin üzvü olan Məryəm Xan ötən bazar ertəsi “twitter” vasitəsilə bu hadisəyə belə etiraz edib: “Bu ayaqaltılar müsəlmanları olduqca narahat edir. Xahiş edirik bunları saytınızdan çıxarasınız”.

allah-doormat

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...