Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

“Amazon”da müsəlmanları təhqir edən məhsul – FOTO

Share Button

Quran və Kəbənin şəkli olan ayaqaltılar…

Onlayn satış şirkəti olan “Amazon” üzərində Qurani Kərim və Kəbənin şəkilləri olan qapı ayaqaltılarını satışdan götürərkən, şüşəli olanlar isə hələ də saytda qalmaqdadır. Şirkət göstərilən reaksiyalardan sonra artıq geri addım atmağa başlayıb.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, bunlar arasında Aya Sofya və Sultan Əhməd məscidlərinin, həmçinin digər ölkələrin məscidləri də var. Şüşəli olan ayaqaltılardan birinin üzərində Aya Sofyanın içində olan “Osman” və “Hüseyn” yazılan lövhələr də görünür. Ayaqaltıların qiyməti isə 23,99 dollardır. “Rock Bull” adlı şirkət tərəfindən istehsal edilən və “Amazon”da satışa qoyulan dini fiqurlar ehtiva edən məhsullar arasında “mousepad”lər və mobil telefon çuxolları da var.

 

Digər tərəfdən “Amazon”, üzərində hind tanrılarının olduğu ayaqaltıları da satışdan çıxartmağa başlayıb.

“Twitter” üzərindən “BoycottAmazon” etiketiylə başlayan reaksiyalar qısa müddətdə böyüyüb. Bəzi hindlilər “Amazon”un tətbiqini silərkən, digər tərəfdən şirkət qısa müddətdə üzərində hind tanrılarının olduğu ayaqaltıları satışdan çıxarıb.

amazin_6594

CkKpGxyWgAAvUNr

CkKpG2PXEAA_wlg

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir