Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Amerika müsəlman boksçunun adını Nyu Yorkda yaşadacaq – FOTO

Məhəmməd Əli ABŞ-da hörmətlə xatırlanmaqda davam edir

ABŞ-ın Nyu York ştatında əfsanəvi boksçu Məhəmməd Əlinin döyüşə çıxdığı Manhettendəki stadionun yerləşdiyi küçəyə Məhəmməd Əli tablosu asıldı.

“Din.az” Türkiyə mediasına istinadən xəbər verir ki, dünyada ən çox tanınan amerikalılardan biri olan əfsanəvi çempion və irqçiliyin əleyhinə olan müsəlman fəal Məhəmməd Əli ABŞ-da hörmətlə xatırlanmaqda davam edir.

Məhəmməd Əlinin bir çox önəmli döyüşlərinə ev sahibliyi edən “Madison Square Garden”in yerləşdiyi 33-cü küçənin 7-ci küçə ilə birləşdiyi stadion tərəfdəki yola “Muhammad Ali Way” tablosu qoyulub.

Bundan başqa Nyu Yorkdakı “Madame Tussauds” muzeyi də ziyarətçilərini Məhəmməd Əlinin heykəli ilə qarşılamağa başlayıb. Məhəmməd Əlinin boks əlcəyi ilə olan heykəlini düzəldən muzey əfsanəvi çempionun vəfatı ilə əlaqədar heykəli muzeyin girişinə qoyub.

muhammed_ali_nin_adi_new_york_ta_yasayacak_h32428

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...