Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Amerika türmələrində oruc tutanlar ələ salınır – FOTO

Amma müsəlmanlara qayğı ilə yanaşılan həbsxanalar da var…

ABŞ qanunlarına görə həbsxanalarda istənilən dinə mənsub dustaqların ibadəti üçün tam şərait yaradılmalıdır. Buna baxmayaraq müsəlman dustaqlar Ramazan ayında bir sıra çətinliklərlə üzləşdiklərini söyləyirlər. Bəzən nəzarətçilərin laqeydliyi ucbatından yeməklərin paylanması gecikdirilir. Və nəticədə oruc tutanlar sahur və iftarsız qalırlar.

“Din.az”ın “modaerator.az”a istinadla yaydığı xəbərdə belə deyilir. Bəzi həbsxana əməkdaşları isə hətta namaz qılıb-oruc tutanlara açıqca istehza edir, onları ələ salırlar.

Ancaq Dallas dairə həbsxanasında vəziyyət başqa cürdür. “Dallas News” qəzeti yazır ki, həmin türmənin məhbusları Luay Layla və Nelson Ernandes səhər 4:30-da oyanır, halal sosislər və qayğanaqla imsak edib sübh namazlarını qıldıqdan sonra yenidən yatırlar. Günorta qalxıb zöhr namazlarını da qılan müsəlman dustaqlar şam namazını və iftarı gözləyirlər. Axşam nəzarətçilər onlara günortadan saxlanan xörəklərini iftar üçün gətirirlər.

Dallas türməsində özünü müsəlman hesab edən hər bir məhbus cümə namazında da iştirak edə bilər. Mütəmadi olaraq imamlarla görüş keçirilir. Onlar namazları idarə etməklə yanaşı, dustaqları maraqlandıran suallara da cavab verirlər.

halal_food_prisons-11

us-muslim-prisoners

maxresdefault

This photo of inmates from the Communications Management Unit in Terre Haute was taken in 2007. Among those pictured are (left to right, bottom row) Ibrahim al-Hamdi, Avon Twitty, Enaam Arnaout.

guantanamo-prayers

0727-Dubler-IslamPrison-550x358

muslim_inmates1

MÜZAKİRƏ

Bir Cevap Yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Din.Az - yaradandan yaradılana...