Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Amerikada müsəlman polis rəisi təyin edildi- MARAQLI…

“Gördüyüm dəstək qarşısında çox xoşbəxtdəm”.

Amerikada müsəlman polis rəisi təyin edildi.

Din.az Moderator.az-a istinadən xəbər verir ki, ABŞ-ın Nyu-Cersi ştatında fələstin mənşəli Mustafa Rabboh adlı adam polis rəisi təyin edilib.

Bildirilir ki, 46 yaşlı Mustafa Rabboh ştatda Əhmət Naqadan sonra seçilən ikinci müsəlman polis rəisidir. Ailəsinin və iş yoldaşlarının qarşısında “Qurani-Kərim”ə and içərək işə başlayan Rabbohun sevinci gözlərindən oxunub. Rabbohu yaxınları yeni işində görə təbrik ediblər.

Rabboh yeni vəzifəyə təyin olunmasına görə xoşbəxt olduğunu deyib:

“Gördüyüm dəstək qarşısında çox xoşbəxtdəm. Bələdiyyə sədrinə və mənim seçilməyim üçün səs verən insanlara öz təşəkkürümü bildirirəm”.

Tədbirdə iştirak edənlərdən biri də Baş prokuror Qurbir Qreval olub. O, deyib ki, ştatda müsəlman olan bir adamın vəzifəyə təyin edilməsi, müsəlmanlara qarşı olan mənfi münasibətlərə bir cavabdır.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...