Uca Allah Buyurur:

Bəndəmizə (Muhəmmədə) hissə-hissə göndərdiyimizdən şübhəniz varsa, Allah ilə aranıza qoyduğunuz ulu adamlarınıza da yalvararaq ondakına bənzər bir surə gətirin! İddianızda haqlısınızsa, edərsiniz!

Bəqərə surəsi, 23

Amerikalı keşiş Türkiyə ilə bağlı xoş sözlər dedi –  VİDEO

Branson: “Bu ölkəni daima sevəcəyəm”.

Ötən gün İzmir Ağır Cinayətlər Məhkəməsində amerikalı keşiş Endryu Bransona 3 il 1 ay 15 gün şərti cəza verilməsi barədə qərar qəbul edilib. Həmin qərara görə, amerikalı keşiş Türkiyə hüdüdlarından kənara çıxa biləcək.

Din.az bildirir ki, o, xanımı Norin Bransonla birlikdə Türkiyə ilə vidalaşıb.

Əvvəl Almaniya, ordan da ABŞ-a gedən keşiş hava limanında İHA-nın müxbirinin suallarını cavablayıb. O, hər şeyə rəğmən Türkiyəni çox bəyəndiyini söyləyib.

Qeyd edək ki, 20 ildən çoxdur İzmirdə yaşayan amerikalı rahib E.Branson 2016-cı ildə dövlət çevrilişinə cəhd zamanı FETÖ hərəkatına yardım etməkdə və PKK-ya dəstək verməkdə ittiham olunaraq həbs edilib. Bu il iyulun 25-də isə ev dustağı edilib. ABŞ bunu səbəb göstərərək Türkiyəyə qarşı bir sıra sanksiyalar tətbiq edib. / Milli.Az

https://daytube.az/az/videos/74192/

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...