Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Amerikalı keşişin növbəti məhkəmə içlası başladı

Ərdoğan: “Heç kəs ölkənin hüquq-mühafizə işlərinə qarışa bilməz”.

Bu gün İzmir vilayətində Ağır Cinayətlər Məhkəməsində amerikalı keşiş Endryu Bransonun işi üzrə dinləmələr başlayır.

Din.az xəbər verir ki, Türkiyə KİV-ləri keşişin gücləndirlmiş nəzarət altında məhkəmə binasına gətirildiyini yazıblar.

Qeyd edək ki, ötən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı keşiş Endryu Bransonun həbsini şərh edərkən deyib ki, ABŞ Türkiyə ədalətinə hörmət etməlidir.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə demokratik və suveren respublikadır, heç kəs ölkənin hüquq-mühafizə işlərinə qarışa bilməz.

Xatırladaq ki, daha öncə Türkiyədə həbs olunmuş amerikalı keşişin vəkili İsmayıl Xalavurt müvəkkilinin ev dustaqlığı qərarının ləğv edilməsi üçün Konstitusiya Məhkəməsinə müraciət edib. / Milli.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...