Bəqərə surəsi, 6-cı ayə

(Ya Rəsulum!) Həqiqətən, kafirləri əzabla qorxutsan da, qorxutmasan da, onlar üçün birdir, iman gətirməzlər.

Amerikalı müsəlman qızın hicab zəfəri!

Share Button

ABŞ mətbuatında və ictimaiyyətdə böyük əks-sədaya səbəb oldu…

Dəniz zabiti olmaq istəyən 17 yaşlı Sana Həmzənin başörtüsünə görə “The Citadel” tərəfindən rədd edilməsi ABŞ-da müzakirələrə səbəb oldu.

“Din.az” Türkiyə mətbuatına istinadən xəbər verir ki, 17 yaşlı Floridalı Sana Həmzə dəniz zabiti olmağın xəyalını qururdu. Müsəlman gənc qız Cənubi Karolinanın ən nüfuzlu məktəblərindən biri olan “The Citadel”ə qəbul olub, ancaq məktəb Həmzənin hicablı geyiminin qaydalara zidd olduğunu bildirib.3fa384da-c395-4f84-ac81-3f5325a5b91b-large16x9_SanaHamze

ABŞ donanmasında olmaq istəyirdi…

Amerika donanmasının bir hissəsi olmaq istəyən və hərbi məktəbi məqsədinə çatmaqda ilk addım olaraq görən Həmzəyə inancına görə başörtüsü taxmamaq seçiminin olmadığı ona hər fürsətdə vurğulandı. Gənc qız “The Citadel”ə tələbə olaraq qəbul edilmək üçün lazım olan bütün şərtlərə sahib olduğunu və inancı ilə təhsili arasında bir seçim etməyə məcbur edilməyinin haqzsızlıq olduğunu bildirdi.

ABŞ mətbuatında və ictimaiyyətdə böyük əks-sədaya səbəb oldu…

Amerika mətbuatı baş verənlərə geniş yer verdi. Gənc qızın mübarizəsi ictimaiyyət arasında da əks-səda meydana gətirdi. Hamzə, tarixi hərbi məktəbə baş örtüyü ilə girmə ilə bağlı “bir qarışıqlıq yaşanacağını təxmin edirdim” dedi, ancaq müzakirə onun belə təxmin edə bilməyəcəyi ölçülərə çatdı.

İstəyi qəbul edildi…

“The Citadel” hərbi məktəbi qərarından dönmədi, amma müsəlman gənc qızın istəyi başqa bir məktəbdə – ABŞ-ın şimal şərqindəki Vermontda, ABŞ-ın ən qədim özəl hərbi məktəbi olan “Norwich” universitetində qəbul edildi. “Norwich”, Həmzənin təhsil aldığı müddət boyu hicab taxmasına izin verdi.

10685971_G

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir