Uca Allah oruc haqqında buyurub::

“Ey iman gətirənlər! Sizdən əvvəlkilərə fərz qılındığı kimi oruc tutmaq sizə də fərz qılındı ki, bununla qorunasınız”.

“Bəqərə” surəsi, 2/183

Amerikalı pastor: Azərbaycan multikultural dəyərlərin təbliği istiqamətində dünya ölkələri üçün bir örnəkdir

Azərbaycan multikulturalizm dəyərlərinin təbliğində dünya ölkələri üçün örnəkdir.

Azərbaycan multikulturalizm dəyərlərinin dünyada təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir.

Din.az Trend-ə istinadən bildirir ki, bunu ABŞ-dakı “Greater Greace Baltimor” kilsəsinin ağsaqqal pastorlarından biri, “Greace hours” radio proqramının rəhbəri Con Love Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov ilə görüşündə deyib.

Görüşdə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda vətəndaşların etiqad azadlığı haqqının təmin edilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər barədə danışıb. Ölkəmizdəki dinlərarası və millətlərarası harmoniyanın dünya üçün tolerantlıq nümunəsi olduğunu diqqətə çatdıran sədr müavini vurğulayıb ki, respublikamızdakı bütün dini icmalara zəruri şərait yaradılıb, eləcə də onlara dövlətimiz tərəfindən maddi və mənəvi dəstək göstərilir. Sədr müavini bildirib ki, Azərbaycandakı multikultural və birgəyaşayış modeli artıq dünyada nümunə kimi qəbul edilir.

C.Love isə öz növbəsində bildirib ki, Azərbaycan multikulturalizm dəyərlərinin dünyada təbliği istiqamətində müxtəlif layihələr həyata keçirir. O, bu baxımdan respublikamızın dünya ölkələri üçün bir örnək olduğunu deyib. Con Love Azərbaycandakı fərqli dinlərin nümayəndələrinin qədim zamanlardan birgə yaşamalarının sevindirici hal olduğunu diqqətə çatdırıb.

Tərəfləri maraqlandıran bir sıra digər məsələlərin də müzakirə olunduğu görüşün sonunda qonaqlara Ermənistan tərəfindən işğal olunmuş ərazilərimizdə maddi-mənəvi irsimizə qarşı törədilən vandalizmdən bəhs edən kitablar təqdim olunub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...