Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

AMERİKALI RAVVİN: “Azərbaycanda sünni və şiələr birlikdə namaz qılırlar”

“Terrorizmə qarşı mübarizə daha da gücləndirilməlidir”.

“Azərbaycanda sünni və şiələr birlikdə namaz qılırlar”.

Din.az APA-ya istinadən bildirir ki, bunu Bakıda “2017 – İslam Həmrəyliyi İli: Dinlər və mədəniyyətlərarası dialoq” mövzusunda keçirilən beynəlxalq konfransda ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuper deyib.

Amerikalı ravvin bildirib ki, Azərbaycandakı sünni və şiələrin bir-birlərinə qarşılıqlı hörmətləri mövcuddur, Azərbaycanda bütün dini konfenssiyaların nümayəndələri sülh və dostluq şəraitində yaşayırlar.

A.Kuper qeyd edib ki, terrorizmə qarşı mübarizə daha da gücləndirilməlidir.

Mədəniyyətlər və dinlərarası dialoqun doğru yol olduğunu bildirən Bolqarıstanın baş müftisi Mustafa Haçı isə deyib ki, islam dünyası hazırda özünün çətin dövrünü yaşayır.
O, belə konfransların keçirilməsinin Qərb dünyasına islamın gerçək ruhunu anlatmaq üçün müstəsna əhəmiyyət daşıdığını qeyd edib.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...