Uca Allah Buyurur:

İnsanlara yaxşı olmağı əmr edib özünüzü yaddan çıxarırsınız, eləmi? Bir də Kitabı oxuyursunuz. Heç ağlınızı işlədirsiniz?

Bəqərə surəsi, 44

Ankarada ABŞ səfirliyinin yerləşdiyi küçənin adı “ZEYTUN BUDAĞI” oldu

“Zeytun budağı” hərbi əməliyyatına qarşı ABŞ-ın mövqeyi ….

Ankarada ABŞ səfirliyinin yerləşdiyi küçənin adı dəyişdirilərək “Zeytun budağı” qoyulub.

Din.az bildirir ki, Trend-in məlumatına görə, bu barədə qərar fevralın 13-də qəbul edilib.

Yerli KİV-lər bu qərarı Türkiyənin keçirdiyi “Zeytun budağı” hərbi əməliyyatına qarşı ABŞ-ın mövqeyi ilə əlaqələndirirlər.

Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. “Zeytun budağı” adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin “F-16” təyyarələri də cəlb olunub.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Din.Az - yaradandan yaradılana...