"Cümə" surəsi, 62/9

“Ey iman gətirənlər! Cümə günü namaza çağırılanda Allahı yad etməyə tələsin və ticarəti dayandırın. Bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir!”

Bütün xəbərlər »
Qaynar Xəbərlər
14707744881229659708_1000x669

Ankarada keçirilən İslam Məsləhətləşmələr Konfransı başa çatıb – VİDEO

Share Button

Azərbaycan xalqı adından yaralıların müalicəsi üçün 100 min ABŞ doları məbləğində vəsait çatdırılıb

Türkiyənin Ankara şəhərində keçirilən IX Avrasiya İslam Şurası Məsləhətləşmələr Konfransı başa çatıb.

“Din.az” AzərTAC-a istinadən xəbər verir ki, cari ilin noyabrında İstanbulda keçirilməsi nəzərdə tutulan IX Avrasiya İslam Şurası Konfransına hazırlıq məqsədi daşıyan bu tədbirdə Azərbaycanı Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.

Əvvəlcə qurumun idarə heyətinin iclası, sonra geniş toplantı keçirilib.

1470774460289619115_228x166

İclasda və toplantıda Türkiyənin Dəyanət İşləri İdarəsinin sədri Mehmet Görməz, Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə, Rusiya Federasiyası Müftilər Şurasının sədri Ravil Qaynutdin və başqaları çıxış ediblər.

Avrasiya İslam Şurasının əldə etdiyi uğurlar, qarşıda duran vəzifələr, təşkilatın perispektivində olan digər məsələlər barədə ətraflı məlumat verən M.Görməz, həmçinin iyulun 15-də Türkiyədə törədilən dövlət çevrilişinə cəhdin acı nəticələrindən bəhs edib.

Təcavüzkar Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinin davam etdirildiyini, xalqımıza qarşı ermənilər tərəfindən dəfələrlə ağır terror aktları törədildiyini diqqətə çatdıran Qafqaz Müsəlmanları İdarəsinin sədri bildirib ki, ümummilli lider Heydər Əliyev dövlətimizə qarşı bütün təxribatların qarşısını xalqımızın dəstəyi ilə ala bilib. Allahşükür Paşazadə iyulun 15-də Türkiyədə dövlət çevrilişinə edilən cəhdin Azərbaycanda ciddi narahatlıqla qarşılandığını, Prezident İlham Əliyevin Türkiyə xalqı və dövləti yanında olması barədə qətiyyətli mövqe nümayiş etdirməsi barədə ətraflı məlumat verib.

14707744882702550363_1000x669

Terrorizmə, separatizmə, insanlığa qarşı digər bütün cinayətlərə qarşı İslam dünyasında həmrəyliyin vacib olduğunu diqqətə çatdıran Qafqaz Müsəlmanları İdarəsinin sədri qeyd edib ki, bu sahədəki əlaqələr daha da sıxlaşdırılmalı, səmərəli əməkdaşlıq qurulmalı, münaqişələrin həllinə, dövlətlərin ərazi bütövlüyünün bərpasına dair konkret addımlar atılmalı, o cümlədən bütün bu məsələlərdə dini təşkilatlar dövlətlərarası münasibətlərə dəstək verməlidir.

Rusiya Federasiyası Müftilər Şurasının sədri Ravil Qaynutdin Rusiya-Türkiyə münasibətlərinin inkişafının əhəmiyyətini diqqətə çatdırıb. Əminliklə bildirib ki, Rusiya və Türkiyənin dövlət başçıları iki ölkə arasında faydalı münasibətlərin qurulmasını təmin edəcəklər.

Çıxışlarda diqqətə çatdırılıb ki, dövlətə qarşı qiyam qaldırmaq, o cümlədən xalq tərəfindən seçilmiş hakimiyyətlərin güc yolu ilə devrilməsinə səy göstərmək yolverilməzdir. Din adından istifadə edərək insanları aldatma yolu ilə bu təxribatlara sövq etmək islami dəyərlərə ziddir. Qeyd olunub ki, tarixin ağır sınaqlarından üzü ağ çıxan Türkiyə xalqı bu dəfə də dövlət əleyhinə törədilən təxribatların qarşısını mərdliklə alıb. Prezident Rəcəb Tayib Ərdoğanın qətiyyəti və xalqın mütəşəkkilliyi qiyamın yatırılmasında mühüm rol oynayıb.

İdarə heyətinin üzvləri keçirdikləri brifinqlərdə də 15 iyul hadisələrini qətiyyətlə pisləyib, Türkiyə dövləti və xalqına həmrəylik mesajları veriblər. İslam təşkilatları arasında səmərəli əməkdaşlığın qurulmasının vacibliyi qeyd olunub.

Sonra toplantı iştirakçıları Türkiyə Böyük Millət Məclisində (TBMM) olublar. Onlar qiyamçıların hücumları nəticəsində Türkiyə parlamentinin dağıntıya məruz qalan yerlərinə baxıblar. Acınacaqlı mənzərədən təəssüf hisləri ifadə edilib.

TBMM-nin sədri İsmayıl Kahraman nümayəndə heyətləri ilə görüşüb.

Prezident İlham Əliyevin səmimi salamlarının Türkiyə parlamentinin sədrinə çatdıran Hacı Allahşükür Paşazadə 15 iyul hadisələri zamanı şəhid olanlara Allahdan rəhmət diləyib, yaralıların tezliklə şəfa tapmasını arzulayıb. Azərbaycan xalqı adından yaralıların müalicəsi üçün 100 min ABŞ doları məbləğində vəsait çatdırıldığını bildirib. Qafqaz Müsəlmanları İdarəsinin sədri Azərbaycan dövlət başçısının və xalqımızın 15 iyul hadisələri zamanı Türkiyə dövlətinə göstərdikləri həmrəylik barədə ətraflı məlumat verib.

14707744886045252182_1000x669

Səmimi sözlərə, yüksək diqqət və qayğıya, göstərilən yardıma görə, nümayəndə heyətimizin başçısına minnətdarlığını bildirən İ.Kahraman onun da isti salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib. Prezident İlham Əliyevin 2014-cü il aprelin 24-də Praqada Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının 5 illiyinə həsr olunmuş sammitdə “Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” deyərək Ermənistan prezidentinin böhtan dolu çıxışına layiqli cavab verməsini əsl qardaşlıq nümunəsi olduğunu və əbədiyyətə qədər Türkiyə xalqının qəlbində yaşayacağını vurğulayıb.

Görüşdə Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinin tarixinə dair maraqlı məqamlar xatırlanıb, əlaqələrimizin müasir vəziyyəti yüksək qiymətləndirilib.

Azərbaycan Respublikasının Türkiyədəki səfiri Faiq Bağırov səfər zamanı nümayəndə heyətimizi müşayiət edib.

14707744881229659708_1000x669

BƏNZƏR MƏQALƏLƏR

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Top